"Yaşıl dünya naminə həmrəylik ili"
Bu gün məktəbimizdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Coğrafiya fənnindən Məmmədova Leyla müəllimə 9A sinfində"Təbii zonalar" mövzusunda nümunəvi dərs keçdi.
Dərs zamanı şagirdlər müxtəlif təbii zonalar haqqında məlumatlar verdilər, hər təbii zonaya aid xüsusiyyətləri sadaladılar. İqlim dəyişmələrinin, insan faktorunun, ekolji problemlərin təbiətə vuracağı ziyandan, həyatımıza edəcəyi təsirdən söhbət açdılar.
Dərsdə məktəbin direktoru iştirak etdi, öz fikirlərini, məsləhətlərini şagirdlərlə bölüşdü.
Sonda uşaqlar yaşıl dünya naminə həmrəy olduqlarını göstərmək, təbiəti qorumaq məqsədilə məktəbin həyətində təmizlik işləri apardılar, həyətyanı sahənin abadlaşması ilə məşğul oldular.