"Ulu Öndəri düşünərkən" adlı rəsm müsabiqəsi.
Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu Öndəri düşünərkən" adlı rəsm müsabiqəsinin final mərhələsi keçirilmişdir. Final mərhələsi Nizamı adına Mədəniyyət və İstirahət parkında keçirildi. Məktəbimizin şagirdi Məmmədli Humayın da rəsmi bu müsabiqədə sərgiləndi və şagirdimiz sertifikatla təltif olundu.