"Əbədiyaşar qəhrəmanlar" adlı tədbir

Bu gün məktəbin Şəhid məzunları Əliyev Yunis Zaur oğlu və Həsənov İbrahim Şöhrət oğlunun doğum gününə həsr olunmuş "Əbədiyaşar qəhrəmanlar" adlı böyük tədbir keçirildi. Tədbirdə bir neçə Şəhid ailələri,Heydər Əliyev Mərkəzinin direktor əvəzi Hacıyeva Zəkiyyə xanım, 3 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzinin nümayəndəsi Vəliyeva Gülnarə xanım, qazilər və s. qonaqlar iştirak edirdi. Tədbir ilk öncə dövlət himni səsləndirilərək məktəbin direktoru M. Yeganə xanımın çıxışı ilə açıq elan edildi. Şəhid Leytenant Səfərov Şahmarın anası S. Pakizə xanım , Şəhid Əliyev Yunisin atası Ə.Zaur,Şəhid Həsənov İbrahimin atası H. Şöhrət şəhid ailələri adından çıxış etdilər. Şagirdlərin ifasında şəhidlərə həsr edilmiş səhnəciklər nümayiş edildi ,seir və mahnılar səsləndirildi. Sonda məktəbin GÇH müəllimi və müharibə iştirakçısı Hacıyev Hüseyn müəllimə söz verildi və xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi