ƏPT-nin iclası

Bu gün məktəbimizdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirildi.İclasda ƏPT-nin sədr və sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. Sədr vəzifəsinə Yeganə Maqsudovanın namizədliyi irəli sürüldü və bu təklifə səsvermə yolu ilə münasibət bildirilməsi xahiş edildi. ƏPT - ni təmsil edən üzvlərin səsverməsi nəticəsində Yeganə Maqsudova sədr seçildi. Yeni sədr Yeganə Maqsudova , Sevinc İsmayılovanın uzun illər YAP - da təcrübəsini və ƏPT - də səmərəli fəaliyyətini nəzərə alaraq onu ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT - ni təmsil edən üzvlərin səsverməsi nəticəsində Sevinc İsmayılova sədr müavini seçilmişdir.