"Hərbi Qənimətlər Parkı"na ekskursiya

Məktəbdə "Zəfər Günü"nə həsr edilmiş tədbirlərimiz davam edir. Məktəbin Tarix müəllimi IX sinif şagirdlərini Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunmuş parka, Hərbi Qənimətlər Parkına ekskursiyaya apardı və onları Azərbaycan ordusunun səyi nəticəsində əldə edilmiş müharibə texnikası ilə tanış etdi