"Qazi və veteranlarla görüş"

Bu gün məktəbimizin şagirdlərinin Vətənimizin azadlığı uğrunda böyük şücaət göstərən qəhrəman oğulları - Qarabağ qazisi İsmayılov İlqar Qasım oğlu , döyüşçü veteran Musayev Mətləb Coşqun oğlu , qazi Xəlilov Elvin Rauf oğlu ilə görüşü təşkil olundu. Görüşün əsas məqsədi ilk növbədə o dəhşətli günləri öz gözləri ilə görüb,o sevincli anları şərəflə yaşayan bu igidlərimizin timsalında hər bir cəsur oğullarımıza olan hörmət və ehtiramı daha da artırmaq, şagirdlərimizə vətənə, onun hər bir qarış torpağına, bu oğullarımıza olan sevgini daha dərindən aşılamaq oldu. Görüşün sonunda igid oğullarımız öz hədiyyələrini şagirdlərimizə təqdim etdilər.