" Yol hərəkətləri qaydalarını birlikdə öyrənək”

Məktəbimizin 3 c sinfində sinif rəhbəri Səbinə Allahverdiyeva tərəfindən " Yol hərəkətləri qaydalarını birlikdə öyrənək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Sinif otağı bayraqlar, şüarlar, plakatlar, stendlər və yol nişanları ilə bəzədilib.
Yol hərəkəti qaydalarını kiçik yaşlardan öyrənməyin və buna əməl olunmanın vacib olduğundan uşaqların bu yaşda təhlükəsiz davranış qaydalarını öyrənmək və bu qaydaları barədə bilmək tədbirin keçirilməsində əsas məqsəd olub.
Tədbirdə həmçinin yol hərəkət nişanlarının, işıqforun, piyada keçidlərinin həyatımızdakı önəmindən və onlara düzgün əməl olunması haqqında məlumat verilib.
Şagirdlər tədbirdə yol hərəkəti qaydalarına dair bilik və ona əməl etmək bacarıqlarını nümayiş etdirməklə yanaşı interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdiriblər.