Məktəbin tarix müəllimi Şuşaya səfər etdi

Məktəbin tarix müəllimi, Zəfər tarixi dərsliyinin həmmüəllifi Talıblı Talıb "Şuşa ili" çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Şuşaya səfər etdi və dərsliklə bağlı videoçəkilişlərin aparılmasında iştirak etdi. Talıb müəllim Şuşada olduğu zaman 327 nömrəli tam orta məktəbin şagirdləri ilə canlı bağlantı yaradaraq təəssüratlarını bölüşdü.