Valideynlərlə görüş təşkil olundu

Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq valideynlərlə görüş təşkil olundu. Görüşdə iştirak edən məktəb rəhbərliyi, müəllimlər, məktəb psixoloqu, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı, uşaq birliyi rəhbəri valideynlərlə tədris, inkişaf mühiti və əməkdaşlıq haqqında müzakirələr apardılar. Məktəbin daxili intizam qaydaları, şagirdlərin şəxsi inkişaf meylləri və təhsilə marağının artması istiqamətində qərarlar qəbul olundu.