"Şuşa ili" çərçivəsində növbəti konfrans təşkil olundu

Məktəbdə "Şuşa ili" çərçivəsində növbəti konfrans təşkil olundu. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən yolunda həyatını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Qarabağ və Şuşa ilə bağlı çıxışlar dinlənildi. Çıxışçılar onlara verilən sualları araşdırmalarının nəticələrinə uyğun cavablandırdılar.