"Ailəm və məktəbim"

Məktəbdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərlə görüş keçirildi. Görüşdə şagirdlərin dərsə davamiyyəti, davranışı və təlim nəticələri müzakirə olundu. Valideyn- məktəb əməkdaşlığının vacibliyi vurğulandı. Məktəbin psixoloqu uşaqların yaş səviyyələrinə uyğun böhran dövrləri və həmin dövrlərdə görülməli olan tədbirlər barədə məlumat verdi. Valideynlər dərslərdə iştirak edərək tədrisin aparılması ilə tanış oldular. Sonra "Musiqi beşiyi Şuşa" adlı tədbirdə iştirak etdilər.