"Təhsildə Sosial Psixoloji Xidmətdə " problemləri

Məktəbin psixoloqu 23.04.22 və 24.04.22tarixlərində Psixologiya Elmi- Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi,Azərbaycan Dövlət Pedoqoji Universiteti,Azərbaycan Respublikası Təhsil İnstitutunun, "Məktəblinin dostu" və "Sağlam TəhsilSağlam Millət layhələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində "Təhsildə Sosial Psixoloji Xidmətdə problemlər , perspektivlər "
mövzüsünda həyata keçirilən Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransında iştirak etmişdir.
Tədbirdə institutun sədri E.Rüstəmov,Azərbaycan Respublikası Təhsil Nazirini müşaviri R.Ağayev,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Ə.Abbasov,Bakı şəhəri Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin psixoloji xidmətin təşkili bölməsinin müdiri
S. Əhmədova ,institutun təlimçiləri və məktəb psixoloqları çıxış edərək təhsildə psixoloji xidmətin təşkilində çox vacib və qaçılmaz problemlərə toxundular.Konfransda
2 gün ərzində
4 workshop keçirildi,sonda bütün iştirakçılar sertifikatlarla təltif olundular.