"Su həyatdır"
Məktəbdə "Su həyatdır" adlı maarifləndirici tədbir keçirildi. Məlumatlandırma və diskussiya şəklində təşkil olunmuş tədbirdə suyun insan həyatındakı rolu, ekosistemdəki əhəmiyyəti, su çatışmazlığı ilə bağlı problemlər, sudan qənaətlə istifadə etmənin vacibliyi vurğulandı.