"Bizim böyük qələbəmiz"

Məktəbdə Bakı Şəhəri İcra Hakimiyyətinin təşəbbüsü ilə ibtidai sinif şagirdləri üçün nəşr olunmuş "Bizim böyük qələbəmiz" adlı kitabın təqdimat mərasimi keçirildi. Tədbirdə Suraxanı Rayon İcra Başçısının müavini Könül Axundova, İctimai -siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu. Məktəbin müəllimi Aytən Talıbova giriş nitqi ilə çıxış etdi. Şagirdlərin ifasında "Bizim böyük qələbəmiz" kitabında təqdim olunan ideyalara uyğun səhnəciklər, şeir kompozisiyaları, musiqi və rəqs nömrələri nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi