97 nömrəli tam orta məktəbdə buraxılış imtahanı ilə bağlı monitorinq keçirildi

Məktəbin direktor və müəllimləri 97 nömrəli tam orta məktəbdə IX siniflərin buraxılış imtahanına hazırlığını təmin etmək məqsədi ilə təşkil olunmuş əlavə məşğələlərdə iştirak etdilər. Dərsdinləmələr müəllimlər arasında təcrübə mübadiləsi şəklində aparıldı. Məktəbdaxili və şəhər üzrə təşkil edilmiş monitorinqlərin nəticələri birgə müqayisə və müzakirə olundu.