Məktəbdə pedoqoji şuranın növbəti iclası keçirildi

Məktəbdə pedoqoji şuranın növbəti iclası keçirildi. Məktəbin direktoru çıxış edərək gündəlikdəki məsələləri diqqətə çatdırdı. Təlim-tərbiyə işləri üzrə direktor müavini I yarımilin sonuna dair hesabatlar barədə məlumat verdi. IX siniflərin buraxılış imtahanına hazırlığının vəziyyəti və RFO- nun rayon(şəhər) turunun nəticələri müzakirə olundu. Tərbiyə işləri üzrə direktor müavini yarımil ərzində müəllim və şagirdlərin dərsə davamiyyəti, keçirilmiş tədbirlər və qarşıda dayanan vəzifələr barədə məruzə etdi. Məktəbin psixoloqu məktəbdə sağlam psixoloji vəziyyətin nəzarətdə saxlanılması haqqında çıxış etdi. Yarımil ərzində fəaliyyəti ilə seçilən pedaqoji heyət üzvlərinə təşəkkür elan olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi