Buraxılış fənləri üzrə məşğələlər keçirildi

327 nömrəli tam orta məktəbin direktor və müəllimləri IX sinif buraxılış imtahanlarına hazırlıqla bağlı vəziyyəti öyrənmək və təcrübə mübadiləsi aparmaq məqsədilə 232 nömrəli tam orta məktəbdə oldular. Buraxılış fənləri üzrə təşkil olunmuş əlavə məşğələlərdə iştirak etdilər. Daha sonra müəllimlərlə birlikdə dərs prosesini və görüləcək işləri müzakirə etdilər.