Nümunəvi dərs keçirildi

Məktəbin 2a sinfində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş nümunəvi dərs keçildi. Dərs ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Dahi siyasətçinin həyatı və ölkəmiz üçün gördüyü işlər barədə videoçarxlar nümayiş olundu. Daha sonra şagirdlər Heydər Əliyevlə bağlı bildiklərini esse şəklində ifadə etdilər. Dərs böyük şəxsiyyətin büstünün önünə gül qoyulması ilə yekunlaşdırıldı.