"Xocalı - əsrin faciəsi"

Məktəbdə Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB yanında Şuranın üzvləri, YAP Suraxanı rayon təşkilatının fəalları, rayonun hüquq- mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalıları, rayonda məskunlaşan xocalılılar iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsinə həsr olunmuş " Xocalı soyqırımı uşaqların gözü ilə" adlı sərgi ilə tanış oldular.Məktəbin akt zalında keçirilən tədbirdə Dövlət himni səsləndirildikdən sonra Xocalı soyqırımının, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd etdi ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Sonra isə 327 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi