Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. 19.03.2016-cı il tarixində məktəbimizin akt zalında Novruz bayramı ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi , müəllim və şagird kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Heydərov Məqsud müəllim bayram münasibətilə bütün tədbir iştirakçılarını təbrik etdi. Daha sonra məktəb şagirdləri bayram münasibətilə müxtəlif səhnəciklər nümayiş etdirib , şeirlər və mahnılar səsləndirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi