Şagirdlərdə mütaliə bacarığının formalaşdırılması ilə əlaqədar Zaman Əsgərli ilə görüş

7 mart 2015-ci il tarixində məktəbimizin akt zalında AMEA-nın baş elmi işçisi,dosent,tənqidçi,puplisist Zaman Əsgərli ilə “Şagirdlərdə mütaliə bacarığının formalaşdırılması” və “ İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərindən günümüzlə səsləşən nüanslar” mövzusunda debat-disskussiya xarakterli görüş təşkil edildi.Tədbirdə əsasən 9-10-11-ci sinif şagirdləri iştirak edirdi.İki hissədən ibarət olan tədbirin birinci hissəsində 326 №li tam orta məktəbdə mütaliə vərdişlərinin formalaşdırılması ilə əlaqədar görülən işləri əks etdirən video-çarxa baxıldı.“Şagirdlərdə mütaliə bacarığının formalaşdırılması” mövzusu ilə əlaqədar məktəb direktoru Heydərov Məqsud müəllim,ədəbiyyat müəllimləri Aysel və Fidan müəllimə və ziyalı qonaq Zaman Əsgərlinin çıxışları dinlənildi.Çıxışlardan sonra şagirdlər müxtəlif suallarla Zaman müəllimə müraciət edərək,onları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirdilər.İkinci hissə VII sinif şagirdi Əhmədov Niyazın ifasında səslənən “Azərbaycan əsgəri” şeiri ilə açıq elan edildi.İkinci hissədə “İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərindən günümüzlə səsləşən nüanslar” mövzusunda müzakirə təşkil edildi.Sonda məktəb direktoru Məqsud müəllim çıxış edərək şagirdlərə dəyərli məsləhətlər verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi