"Xocalı Soyqırımı" nın 23-cü ildönümü

26.02.2015-ci il tarixində məktəbimizdə "Xocalı faciəsi" nin 23-cü ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi,müəllimlər, fəal valideynlər və şagirdlər iştirak edirdi. Əvvəlcə Xocalı şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə Prezident İlham Əliyevin apardığı siyasət sayəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə, şəhidlərimizin ruhunun rahatlıq tapacağına inam ifadə olunub.Daha sonra məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.Məktəbin istedadlı şagirdləri çıxış edərək Xocalıya, onu müdafiə edən qəhrəmanlara həsr olunan, dinc əhaliyə tutulmuş amansız divanı, onu törədən erməniləri lənətləyən şeirlər söylədilər, səhnəciklər nümayiş etdirdilər. 26 fevral tarixində bütün siniflərdə I saat dərsləri Xocalı soyqırımına həsr edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi