"Gedirik ağac əkək"

      Bu gün məktəbimizin 3b sinif rəhbəri Atakişiyeva Gülnar müəllimin təşkilatçılığı ilə şagirdlərə təbiətin, ağacların, yaşıllığın önəmini aşılamaq məqsədi ilə  “Gedirik ağac əkək” mövzusunda açıq səma altında dərs keçirilib. Belə ki, şagirdlər məktəbin həyətyanı sahəsində ağaclara qulluq edib və yeni ağaclar, gül kolları əkiblər. Daha sonra Gülnar müəllim şagirdlərə ağac əkməyin önəmindən bəhs edərək bildirib  ki, ağaclar insanın qoruyucusu, onun sağlamlığının keşikçisidir, boya-başa çatdığı  məkanın təmizləyicisidir. İnsan ağac əkməklə, heyvanlara qayğı göstərməklə  ekologiyaya öz töhfəsini verə bilər.Bu nümunəvi dərs üçün Gülnar müəllimə və 3b sinif  şagirdlərinə minnətdarlığımızı bildiririk!         

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi