Murtuza Məmmədovun 120 illik yubileyinə həsr olunmuş "Özü bülbül,Sözü Bülbül" adlı tədbir keçirildi

27.10.2017-ci il tarixində məktəbimizin ana dili və ədəbiyyat müəllimi Hüseynova Sədayə və musiqi müəllimi Məmmədova Nilufərin rəhbərliyi və təşkilatçılığı ilə Murtuza Məmmədovun 120 illik yubileyinə həsr olunmuş “Özü Bülbül, Sözü Bülbül” adlı tədbir keçirildi. Tədbirdə məktəb direktoru Suvarov Faiq , təşkilatı işlər üzrə direktor müavini Nədirov Yasər , pedaqoji heyət və VI-IX sinif şagirdləri iştirak edirdi. Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra tədbir iştirakçıları Bülbül yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən söhbət açdılar və qeyd etdilər ki,vokalçının sənəti musiqi yaradıcılığının ən təsirli formasıdır, çünki ifada iki nəhəng qüvvə - insan qəlbinin zənginliyi , böyüklüyü , gözəlliyi üzvi surətdə çuğlaşır, birgə hərəkətə gəlir. Bu qüvvələr söz və musiqidir. Tədbir şagirdlərin ifasında səsləndirilən şeir və mahnılarla davam etdi . VIII sinif şagirdləri Nəsirli Şəbnəm Səməd Vurğunun “ Eşit həqiqətin incə səsini” , Qasımova Aysu Rəsul Rzanın “Qururam radionu” , VI sinif şagirdi Əmirov Namiq Mirvarid Dilbazinin “Oxu, Bülbül!” şeirləri ilə çıxış etdilər . IX sinif şagirdi Qüdrətli Çiçəyin ifasında isə “Evləri var xana-xana” və “Gülə-gülə” Azərbaycan xalq mahnıları səsləndirildi. Daha sonra Bülbül yaradıcılığına həsr olunmuş video-çarxa tamaşa edildi və şagirdlərin hazırladıqları plakatlar nümayiş etdirildi. Sonda isə təşkilatı işlər üzrə direktor müavini Nədirov Yasər müəllim çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi