"Reproduktiv sağlamlıq nədir?"

27 fevral 2024 -cu ildə məktəbin psixoloqu Gözəl Muxtarova və biologiya müəllimi Kəmalə Nəbiyeva tərəfindən 9-cu sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq nədir?" adlı təlim məşğələ keçirildi. 
Məşğələnin başlanğıcında şagirdlərə reproduktiv sağlamlığın tərifi verildi, ardınca qadın və kişi reproduktiv sistemlərinin quruluşu haqqında məlumat verildi. 
Daha sonra reproduktiv sağlamlıq haqqında şagirdlərin məlumatlılıq səviyyələrini öyrənmək üçün bir neçə suallar verildi. Cavablara əsasən şagirdlərin bir qismi bu mövzuda sualları yarandıqda valideynə müraciət edir. Əksəriyyəti informasiya vasitələrindən yararlandığını bildirdi. 
Bu tip məlumatları informasiya vasitələrindən əldə etməyin zərərləri barədə şagirdlərə tövsiyələr verildi. 
Sonda şagirdlər təlimi müsbət qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi