məktəbin psixoloqu Gözəl Muxtarova 7-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirmişdir

23 fevral 2024-cü il tarixində məktəbin psixoloqu Gözəl Muxtarova 7-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirmişdir. Görüşdə valideynlərə yeniyetməlik yaş dövrünün psixoloji və fizioloji xüsusiyyətləri, çətinlikləri haqqında məlumat vermiş, eyni zamanda yeniyetmələrin təlim fəaliyyətində müvəffəqiyyətinin artırılması məqsədi ilə tövsiyələr vermişdir.

Ardınca valideynlərə yeniyetmələrin həddindən artıq telefondan istifadəsinin psixoloji, pedaqoji zərərləri haqqında məlumat verildi və telefon asılılığının qarşısının alınması məqsədilə tövsiyələr verildi.

Sonda isə valideynlərin sualları cavablandırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi