21 fevral Beynəlxalq Ana dili günü

21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbirlər davam edir

21 Fevral Beynəlxalq Ana dili günü ilə bağlı məktəbin ibtidai sinif müəllimi Tağıyeva İlahə təşkilatçılığı ilə tədbir təşkil edildi.

Tədbirdə Ana dilimizin xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvəti olması, dilimizin xalqımızın fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsi olması vurğulanıb. Qeyd olunub ki, biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.

Qeyd edək ki, Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

#EduAz #326mekteb#21Fevral

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi