"Beynəlxaq Ailə Günü"

May ayının 4-ün Xəzər rayonu 326 nömrəli məktəbin 7-ci siniflərində 15 may "Beynəlxalq Ailə Günü"nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə məktəb rəhbərliyi iştirak edərək yetişməkdə olan gənc nəslin ailə mövzusunu necə işıqlandırmasını izləmişdir.Bildiyimiz kimi,"Beynəlxalq Ailə Günü"nün qeyd edilməsinin əsas məqsədi dövlət ailə siyasətinin təşviqi , milli-mənəvi dəyərlərin təbliği, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə aşılanmasıdır.Bu baxımdan tədbirdə şagirdlər ailə mövzusuna geniş aspektlərdən toxunmuşlar.Tədbirdə "Ailə və mənəviyyat", "Ailə və şəxsiyyət", "Ailə və qəhrəmanlıq", "Ailə və sağlamlıq" kimi mövzular geniş işıqlandırılmışdır.