Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 20-də məktəbimizdə Şərqin böyük filosof şairi, mütəfəkkiri, ilahiyyat elminin sirlərinə vaqif olan Seyid İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Elminaz Nadirova açıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin Nəsimi ili elan edildiyini, Seyid İmadəddin Nəsiminin 650 illik yubileyinin təkcə Azərbaycan ədəbiyyatında deyil, eləcə də ümumtürk ədəbiyyatında böyük bir hadisə olduğunu qeyd edib.

Sonra məktəbin ədəbiyyat müəllimi Namiq Ağayevin təşkilatçılığı ilə şagirdlərin hazırladığı “Nəsimi-650” ədəbi-bədii kompozisiyasına start verilib.Məktəb şagirdlərinin ifasında şairin müxtəlif mövzularda, xüsusən də hürufiliyin təbliğinə aid yazdığı şeirlər səsləndirilib. IX sinif şagirdlərinin ifasında Əmir Teymurla Nəsiminin qarşılaşması səhnəsi xüsusi maraqla qarşılanıb. Tədbir boyu “Nəsimi” filmindən fraqmentlər nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi