Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Dekabrın 12-də məktəb direktoru Elminaz Nadirovanın rəhbərliyi və tarix müəllimi Esmira Hüseynzadənin təşkilatçılığı ilə umummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər. Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Elminaz Nadirova Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib və  bildirib ki, ulu öndər Heydər Əliyev özünün  fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız ümummilli lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb.

Daha sonra şagirdlərin hazırladıqları kompozisiyalar nümayiş olunub, ulu öndərə həsr olunmuş şeirlər və musiqi parçaları səsləndirilib.

Sonda isə  ulu öndərin zəngin həyatını əks etdirən videoçarxa tamaşa edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi