5 oktyabr - Müəllimlər günü
5 oktyabr tarixində məktəbin şagird kollektivi müəllim heyəti üçün kiçik bir tədbir hazırlamışdır. Tədbirdə Va sinif şagirdi Vəliyeva Ayişə aparıcılıq edirdi. O, bütün müəllimlərin peşə bayramları münasibətilə təbrik etdi. Daha sonra ibtidai və yuxarı sinif şagirdlərinin müəllimlər üçün hazırladıqları təbriklər dinlənildi. Şagirdlər müəllimlərə olan ən xoş arzularını, diləklərini vurğuladılar. Çıxışların sonunda söz məktəbin direktoru Atayeva Gülarə xanıma verildi. O, tədbiri hazırlayan və çıxış edən butun şagirdlərə müəllim kollektivi adından öz təşəkkürünü bildirdi. Müəllimləri də həmçinin öz adından təbrik etdi, onlara işlərində uğurlar arzuladı. Sonda isə bu tədbirlə bağlı keçirilən "Mənim müəllimim" inşa müsabiqəsinin və ""Müəllimlər günü" divar qəzeti"" müsabiqəsinin qalibləri təyin olundu və onlara məktəb adından mükafat və diplomlar verildi.