15 sentyabr - Bilik günü
Sentyabrın 15-i məktəbdə "Bilik günü" münasibətilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin rəhbərliyi, bütün müəllim, şagird və valideyn kollektivi iştirak etdi. Tədbiri məktəbin dil-ədəbiyyat müəllimi Əzizova Xəyalə müəllim açıq elan etdi. Usaqlar məktəbə tam hazırlıqlı idi. Ən böyük sevinc və həyəcan birinci sinif şagirdlərində və valideynlərində duyulurdu. Tədbir zamanı birincilərin çıxışları dinlənildi. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Mehralıyev Məhəmməd müəllimə söz verildi. O, şagirdləri təbrik etdi və uğurlar arzuladı. Ən sonda söz məktəbin direktoru Atayeva Gülarə müəllimə verildi. O, keçən tədris ilinin nəticələrindən və əldə etdiyimiz uğurlardan danışdı.Eyni zamanda bu il üçün nəzərdə tutulan planlardan qismən məlumat verdi. Bütün uşaqlara, xüsusilə birincilərə uğurlar arzuladı. Sinif rəhbərlərinə müəyyən tapşırıq və göstərişlər verildikdən sonra tədbir sona çatdırıldı və siniflər məktəbə daxil olub dərs ilinin ilk gününə başladılar.