"Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması" mövzusu ilə bağlı onlayn tədbir keçirildi

   "Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması" mövzusu ilə bağlı 06.05.2021-ci il tarixdə məktəbin Azərbaycan dili müəllimi Ziyəddinli Leyla 5- ci sinif şagirdləri ilə onlayn tədbir keçirtdi.

   Tədbirdə müəllim şagirdlərə vətən uğrunda iştirak etmiş qəhrəman igidlərimizdən bəhs etdi.O,qeyd etdi ki,şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı didaktik əhəmiyyət daşıyır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

   Şagirdlər də öz növbəsində Azərbaycan qəhrəmanları haqqında bildiklərini söylədilər.

   Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə müavini Məmmədova Solmaz şagirdlərə 2-ci Qarabağ müharibəsində iştirak edən məktəbin qəhrəman məzunları haqqında hazırlanan videofilmi göstərdi və şagirdlərə gələcəkdə onlar kimi vətənpərvər böyüməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi