"Erkən nigah və qohumlar arasında nigahın mənfi nəticələri" və "Məişət zorakılığının qarşısının alınması" mövzularda onlayn tədbir keçirildi

   05.05.2021- ci il tarixdə məktəbin biologiya müəllimi Məmmədova Xəyalə "Erkən nigah və qohumlar arasında nigahın mənfi nəticələri" və "Məişət zorakılığının qarşısının alınması" mövzularda onlayn tədbir keçirtdi.Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini və 9- cu sinif şagirdləri iştirak etdi.

   Məmmədova Xəyalə erkən nigahın mənfi nəticələri məişət zorakılığı haqqında şagirdlərə məlumat verdi.O tədbirdə çıxış edərək erkən nigahın qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı ,təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumat verdi.

 Müəllim “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verdi. O, bildirdi ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. 

   Sonda şagirdlər öz fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi