"Bilik günü" qeyd olundu

Bu gün 323 nömrəli tam orta məktəbdə "Bilik günü" münasibətilə tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.
Daha sonra çıxış üçün ilk söz məktəbin direktoru Günay Rüstəmovaya verildi. O, çıxışında ilk öncə birinci sinif şagirdlərini və kollektivin bütün üzvlərini salamlayaraq,
onları 2019-2020-ci tədris ili münasibətilə təbrik etmişdir. "Azərbaycanın bu gün uğurla həyata keçirilən dövlət siyasətinin əsasını, bəlkə də əsas istiqamətlərindən birini Azərbaycan təhsilini dünya miqyasına çatdırılması və bu yolda görülən işlər təşkil edir.Bizim məktəbimiz də öz işləri ilə dövlət siyasətinə kömək edir, dəstək olur.2018-2019-cu tədris ilində məktəbimizin böyük uğurları olmuş, həm IX sinif nəticələrinə görə, həm XI sinif nəticələrinə, həm də ictimai işlərdə fəallığına görə məktəbimiz fərqlənmişdir. Ümid edirik ki, 2019-2020-ci tədris ilində də eyni uğurlarımız davam edəcək və biz bu yolda qarşımızda qoyduğumuz məqsədlərə tək-tək nail olacağıq" -deyə G.Rüstəmova qeyd etdi.
Daha sonra çıxış üçün söz məktəbin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Orucovaya verildi. O, çıxışı zamanı şagirdləri, onların valideynlərini yeni tədris ili münasibətilə təbrik edərək, çətin və şərəfli peşədə bütün müəllimlərə uğurlar dilədi.
Daha sonra tədbir məktəbimizin ibtidai və yuxarı sinif şagirdlərinin ifasında səslənən şeir, mahnı və rəqs kompozisiyaları ilə davam etdirildi.
Tədbir başa çatdıqdan sonra birinci növbədə təhsil alan şagirdlərimiz üçün yeni tədris ilinin ilk zəngi çalınaraq dərsə başlanıldı.

Qeyd edək ki, respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi 323 nömrəli məktəbdə də ilk dərs məşğələsi ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi