20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi

Yanvarın 17-də 323 nömrəli tam orta məktəbdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.
Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək məqsədilə məktəbin Uşaq birliyi rəhbəri Suğra Quliyeva tərəfindən təşkil olunan tədbirdə məktəbin direktoru Aybəniz Orucova, psixoloqu Məlahət Qasımlı, fənn müəllimləri və şagirdlər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı.20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra məktəbin ibtidai və yuxarı sinif şagirdləri tərəfindən vətən uğrunda canlarını fəda etmiş insanlara hörmət və ehtiramı təcəssüm etdirən şeirlər söylənildi, o cümlədən səhnəciklər nümayiş olundu.
Tədbirin sonunda isə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş məktəbdaxili rəsm müsabiqəsinin qalibləri diplomla təltif olundular.

Qeyd edək ki, məktəbin bütün siniflərində ilk dərslər 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, o cümlədən də məktəbdə 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə yaradılmış guşə müəllim və şagirdlər tərəfindən  ziyarət olunaraq qərənfillər düzülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi