"Tarixin qan yaddaşı" adlı tədbir keçirildi

Yanvarın 16-da məktəbin 4 "B" sinfində 20 Yanvar faciəsinə həsr olunmuş "Tarixin qan yaddaşı" adlı tədbir keçirildi.
Məktəbin ibtidai sinif müəllimi Savad Hacıyeva tərəfindən təşkil olunmuş tədbirdə məktəbin direktoru Aybəniz Orucova, psixoloqu Məlahət Qasımlı, ibtidai sinif müəllimi Tərlan Həsənli iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başladı. Daha sonra 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə şagirdlər tərəfindən şeirlər təqdim olundu, eyni zamanda da səhnəciklər nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi