20 Yanvar qürur günümüzdür

  Məktəbimizdə 17.01.2020- ci il tarixində "20 Yanvar" faciəsinin 30- cu ildönümünə həsr olunmuş ədəbi- bədii tədbir keçirilmişdir. Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan "20 Yanvar" faciəsindən 30 il ötməsinə baxmayaraq öz canı, qanı bahasına vətənini qorumağa çalışan, ürəyi azadlıq  eşqi ilə yanan şəhidlərimizi heç zaman unutmuruq. Şagirdlərimizin təqdimatında Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı faciənin həm faciəli məqamları, həm də qəhrəmanlıq səhifələri təqdim olunmuşdur. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş "20 Yanvar" faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Bu yolda şəhid olanlar hər birimizin qəlbində əbədiyaşarlıq qazanmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi