Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş ədəbi - bədii kompozisiya

       Böyük Azərbaycan yazıçısl Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş ədəbi - bədii kompozisiya keçirildi. Məktəblilər C. Məmmədquluzadə yaradıcılığından səhnəciklər nümayiş etdirdilər. Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış böyük yazıçı, dramaturq, publisist və ictimai xadim C. Məmmədquluzadənin bədii nailiyyətlərlə zəngin yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verildi. Dram əsərlərindən ibarət komediyalar videoçarxlar vasitəsilə izlənildi. "Qurbanəli bəy", "Usta Zeynal" hekayəsi şagirdlər tərəfindən səhnələşdirildi. "Anamın kitabı" və "Ölülər" əsəri təhlil olundu. Rəqs qrupunun ifası ilə tədbir sona çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi