"Gənclərin peşəyönümü seçiminin tərbiyəsinin təşkili" adlı seminar keçirildi

       Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşı təlimçi Zümrüd Səfərova məktəbin 8 və 9-cu sinif şagirdlərinin iştirakı ilə "Gənclərin peşəyönümü seçiminin tərbiyəsinin təşkili" adlı seminar keçirdi. Müxtəlif peşələr, həmin peşələrin perspektivi, eləcə də bu gün dövlət tərəfindən bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat verən natiq tədbirin sonunda şagirdləri maraqlandıran sualları cavablandırdı və onların düzgün peşə seçimi ilə bağlı sorğu keçirdi. Inanırıq ki, keçirilmiş bu seminar gələcəkdə məktəblilərin peşə seçimində faydalı olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi