Şagirdlər Tərifnamə və kitablarla təltif edildilər

Bakı Şəhəri üzrə Təhsil Idarəsi tərəfindən 9-cu siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən aparılmış monitorinqlər zamanı 80-90 faiz aralığında nəticə göstərmiş doqquzuncular məktəbin direktoru Nəriman Mürsəliyev tərəfindən qəbul edildi. Nəriman müəllim onları uğurlu nəticə əldə etmələri münasibəti ilə təbrik etdi. Şagirdlər Tərifnamə və kitablarla təltif edildilər.
1.Sevinc Əliyeva - 92%
2.Nigar Əsədova - 84%
3.Ayxan Cavadov - 82%
4.Fəxriyyə Alızadə - 81%
Biz də öz növbəmizdə şagirdlərimizi təbrik edir, növbəti monitorinqlərdə, ən əsası DİM-in keçirəcəyi buraxılış imtahanında uğurlar arzu edirik.