Şagirdlər məktəb direktoru tərəfindən Tərifnamə və kitablarla təltif edildilər

Bakı Şəhəri üzrə Təhsil Idarəsi tərəfindən 5-ci siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən aparılmış monitorinqlər zamanı məktəbin 7 nəfər 5-cisi 3 fənn üzrə 90-95 faiz arası nəticə göstərmişdir. Məktəbin direktoru Nəriman Mürsəliyev həmin şagirdləri qəbul edərək onları uğurlu nəticə əldə etmələri münasibəti ilə təbrik etdi. Şagirdlər məktəb direktoru tərəfindən Tərifnamə və kitablarla təltif edildilər.
Yüksək nəticə göstərən 5-incilərimiz:
1.Aysel Həbiyeva - 95%
2.Gülüstan Alıhümbətli - 95%
3.Bahar Hacızadə - 92.5%
4.Ibrahim Ağayev - 90%
5.Səid Şahvələdov - 90%
6.Xədicə Abdullayeva - 90%
7.Mədinə Xubəliyeva - 90%
Ümumiyyətlə məktəb üzrə monitorinqdə iştirak etmiş 96 nəfər şagirdimizdən 7 nəfəri 90 % və daha yüksək, 15 nəfər 80% və daha yüksək, 17 nəfər isə 70% və daha yüksək nəticə əldə etmişdir. İnanırıq ki , növbəti monitorinqlərin nəticələri daha da qənaətbəxş olacaq.