Şagirdlərimiz Diplom və medallarla təltif edildilər

         Noyabırın 25-i Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov məktəbimizin qonağı oldu. Onun məktəbi ziyarətinin səbəbi şagirdlərimizin idmanın stolüstü tennis növü üzrə Respublika çempionatının rayon mərhələsində 1-ci yerə layiq görülmələri idi. Şagirdlərimizi Diplom və medallarla təltif edən Elçin müəllim, onların uğurlarına sevindiyini bildirdi. Məktəbin direktoru Nəriman Mürsəliyevə Diplom, məktəbin idman müəllimi Arif Əliyevi qiymətli hədiyyə təqdim etdikdən sonra Elçin Abbasov şagirdlərimizə "Məktəblilərarası Respublika Çempionatı"nın şəhər və respublika turunda da qələbə arzu edərək onlarla xatirə fotosu çəkdirdi. Biz də öz növbəmizdə göstərdiyi diqqət və qayğıya görə Elçin müəllimə minnətdarlığımızı bildirir, şagirdlərimizə yeni-yeni uğurlar arzu edirik. Bu qələbədə zəhməti keçən hər kəsə təşəkkür edirik.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi