“Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsi reallaşdı

2019 - 2020 - ci dərs ilinin mart ayında artıq ənənə şəklini almış “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsi reallaşdı. Respublikanın bütün ümumtəhsil məktəblərində təhsil alan, öz tərbiyəsi, təhsili, intellektual səviyyəsi ilə fərqlənən 9-11-ci sinif şagirdləri bu aksiyadan faydalana bildilər. Şagirdlərin bu dəfəki səfəri Gəncə şəhəri idi. Bizim məktəbin 11b sinif şagirdi Atayeva Zərifə Müşfiq qızı da nümunəvi davranışına, çalışqanlığına, eləcə də dünyagörüşünə görə tur-aksiyadştirak hüququ qazandı. Ölkə başçısı İlham Əliyevin tövsiyəsi, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiya şagirdlərin böyük marağına səbəb olur. Onlar bu aksiyalar zamanı ölkəmizin müxtəlif guşələrində olur, həmin yerin tarixi abidələri, mədəniyyəti, təbiəti ilə tanış olur, möhkəm dostluq əlaqələri qururlar. ”Ölkəmizi tanıyaq” tur-aksiyasının təşkil edilməsinə görə ölkə başçısına təşəkkür edir və layihənin davamlı olmasını arzu edirik.