Mərkəzi Nəbatat bağına səyahət

Payız tətili günlərində məktəbin 10A sinfi Könül Alıyevanın rəhbərliyi ilə Mərkəzi Nəbatat bağına səyahət etdilər. Marağlı keçən ekskursiyada şagirdlərə Nəbatat Bağında bitki ehtiyatlarının xammal bazasını zənginləşdirilməsi, Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efir yağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində gedən elmi-tədqiqat işləri barədə məlumat verildi.