Son zəng

14.06.2019- cu il tarixində bütün ölkə məktəblərində olduğu kimi, bizim məktəbdə də "Son Zəng " tədbiri keçirildi .Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nargilə Əhmədova tədbiri açıq elan etdikdən sonra, dövlət himnimiz səsləndirildi. Sonra məktəbin direktoru Nəriman Mürsəliyev çıxış edərək , məzunları, onların valideynləri və dərs deyən müəllimləri təbrik etdi. Tədbirdə iştirak edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun baş məsləhətçisi Rəhman Baxşəliyev də öz çıxışında məzunlarımızı təbrik etdi, onlara müvəfəqiyyətlər arzu etdi. Daha sonra , yüksək nəticələri, nümunəvi davranışları ilə fərqlənən 9,10,11- ci sinif şagirdləri məktəb rəhbərliyi tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olundular. Son zəng tədbiri məzunların rəngarəng və maraqlı çıxışları ilə davam etdi.