Məktəbin həyətyanı sahəsində iməclik təşkil edildi

08.06.2019-cu il tarixdə 2018/2019-cu dərs ilinin fəaliyyət planına müvafiq olaraq məktəbin həyətyanı sahəsində iməclik təşkil edildi. Qeyri-iş günü olmasına baxmayaraq iməcliyə xeyli sayda şagird qatılmışdı. Iməclikdə məktəbin təşkilatçı müavini, sinif rəhbərləri və şagirdlərin iştirak etdilər. İməclik iştirakçıları ağacların diblərini bellədilər, ərazini artıq kol-kos və alaqdan təmizlədilər, həyətyanı sahə süpürülərək təmizləndi.Məktəb kollektivinin birgə səyi nəticəsində məktəbin həyətyanı sahəsi abadlaşdırıldı. Təmizlik imandandır - deyib atalarımız, zəhməti keçən hər kəsə təşəkkürlər, çox sağ olun!