Məktəbin direktoru Nəriman Mürsəliyev təşəkkürnamə ilə təltif edilmişdir

Məktəbin direktoru Nəriman Mürsəliyev Təhsil Işçilərinin Peşəkar Inkişafı Institutu və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsi tərəfindən müəllimlərin daimiləşmə müsahibəsində komissiya üzvü olduğuna görə təşəkkürnamə ilə təltif edilmişdir. Göstərdikləri diqqətə görə məktəbin direktoru və kollektivi adından Təhsil Işçilərinin Peşəkar Inkişafı Institutunun rəhbəri Vəfa xanım Yaqubovaya, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Murad Camalzadəyə,eləcə də TIPII-nin və Insan Resursları Mərkəzinin bütün əməkdaşlarına təşəkkür edirik.