Məktəb rəhbərliyi tərəfindən 130 nəfər şagirdinin valideyninə Təşəkkürnamə ünvanlandı

04.06.2019-cu il tarixdə məktəbin ayrı -ayrı siniflərdə təhsil alan, öz müsbət davranışı, tərbiyəsi, təhsili ilə yaşıdlarından fərqlənən 130 nəfər şagirdinin valideyninə məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamə ünvanlandı. Təşəkkürnamələri məktəbin direktoru şagirdlərə təntənəli surətdə, məktəbin foyesində təqdim etdi. Həmçinin 2018-2019-cu dərs ilində səmərəli fəaliyyətinə və şagirdlərin üzərlərindəki zəhmətlərinə görə fərqlənən müəllimlərin də bir qismi Fəxri-fərmanlarla təltif edildilər. Biz də öz növbəmizdə kollektivimiz adından şagirdlərimizi təbrik edir, onların valideynlərinə isə belə nümunəvi, nizam-intizamlı, çalışqan övladlar tərbiyə etdikləri üçün təşəkkür edirik.