Şagirdlərimiz fənn müsabiqələrinin final turuna vəsiqə əldə etdilər

31.05.2019-cu il tarixdə məktəbimizin 7-ci sinif şagirdləri Rəsulov Kənan Kamran oğlunu -fizika, Dadaşova Türkay Sahib qızını -biologiya fənləri üzrə 2018-2019-cu dərs ilinin fənn müsabiqələrinin final turuna vəsiqə əldə etmələri münasibətlə məktəbin direktoru Nəriman Mürsəliyev Tərifnamə ilə təltif etmiş, növbəti mərhələdə uğurlar dilməş və müvafiq tövsiyələr vermişdir. Biz də məktəb kollektivi adından şagirdlərimizi, eləcə də onların müvafiq fənn müəllimlərini təbrik edir və uğurlarının davamını arzu edirik.